Azərbaycan nümayəndə heyəti “2020 namizəd şəhərlər” adlı seminarda iştirak edəcək
İsveçrənin Lozanna şəhərində"2020 namizəd şəhərlər" adı altında seminar keçiriləcək. Bu seminarda iştirak etmək üçün oktyabrın 31-də baş nazirin I müavini Yaqub Eyyubovun başçılığı iləgənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, işçi qrupunun üzvləri və xarici şirkətlərin nümayəndələriseminara yola düşürlər.
Seminarda Olimpiya Oyunlarının keçirilməsi üçün dövlətərin qarşısında duran vəzifələr, olimpiya oyunlarının təşkil edilməsi zamanı mühüm əhəmiyyətkəsb edən məqamlar ətrafındamüzakirələr aparılacaq. Noyabrın 1-də start götürəcək seminarda "Oyunlara baxış", "Yarışların təşkili- bu nə deməkdir və öz üzərinə nəyi götürür?", "Yeniyetmələrin Olimpiya oyunlarının təqdimatı", "Ev sahibliyinin planlaşdırılması və ötürülməsi- Oyunların dəyişiklik katalizatoru olması necə baş verir?","Oyunlara namizədlik", "Əlaqələrin qurulması" mövzuları ətrafında diskussiyaların aparılması nəzərdə tutulur.
Seminarda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqq,2012 London Olimpiya Oyunlarının prezidenti Lord Sebastyan, 2014 Soçi Olimpiya oyunlarının təşkilat komitəsinin sədri və prezidenti Dmitri Çernişenko, Rio de Janeyro şəhərinin meri Eduardo Payes və digər nüfuzlu şəxslər iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB