Zəvvarların birinci qrupu Mədinəyə çatıb

Zəvvarların birinci qrupu Mədinəyə çatıb

Bu il Azərbaycandan Həcc ziyarətinə 2 min nəfər azərbaycanlı zəvvar yola düşəcək. Artıq avtobusla Həccə gedən zəvvarların birinci qrupu artıq Mədinə şəhərinə çatıb. Xatırladaq ki, ilk avtobus Bakıdan ayın 23-ü yola çıxmışdı. Qafqaz müsəlmanları İdarəsindən SİA-ya verilən məlumat görə, ayın 24-ü yola çıxan ikinci qrup isə bu gün axşam saatlarında Mədinə şəhərinə çatacağı gözlənilir. Təyyarə ilə yola düşən zəvvarların da bir qrupu artıq çatıb. Ayın 31-də son təyyarə reysi yola çıxacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə