Silahlı şəxs Amerika Birləşmiş Səfirliyinə (ABŞ) bir neçə dəfə ətaş açıb və hal-hazırda silahlı basqın edən şəxsin zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam etdirilir. SİA-nın "Haber Türk Portalı"na istinadən verdiyi xəbərə görə, Bosno Herseqovinanın paytaxtı Saraybosnada geniş əməliyyat axtarış tədbirləri gücləndirilib. Silahlı hücumun başlamasından sonra təhlükəsizlik qüvvələri təcili olaraq yolu bağlayaraq əməliyyatlara başlayıb.Hətta vətəndaşların hadisə yerindən evakuasiyasına belə başlanılıb. Bu zaman silahlı şəxs sağa-sola atəş açmağa başlayıb. Hadisə yerinə çox sayda polis və təhlükəsizlik qüvvələri cəlb edilib. Atışma zamanı təhlükəsizlik qüvvələrinin 1 əməkdaşının yaralandığı bildirilir.
Zamin Axundov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB