Azərbaycanlı xilasedicilərin 12 nəfəri xilas edib, 54 cəsədi isə dağıntılar altından çıxarıblar - FOTOSESSİYA

Azərbaycanlı xilasedicilərin 12 nəfəri xilas edib, 54 cəsədi isə dağıntılar altından çıxarıblar - FOTOSESSİYA

Türkiyənin Van vilayətində zəlzələnin fəsadlarının aradan qaldırılması işləri davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Türkiyəyə getmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də türkiyəli həmkarları ilə çiyin-çiyinə zərərçəkənlərə yardım göstərirlər.


Azərbaycanlı xilasedicilər zəlzələnin fəsadlarının aradan qaldırılması və yerli sakinlər üçün müvəqqəti sığınacaqların quraşdırılmasında da yaxından iştirak edirlər.


Bu günədək Azərbaycan xilasediciləri tərəfindən 12 nəfər xilas edilib və 54 cəsəd dağıntılar altından çıxarılıb.


Fövqəladə Hallar Nazirliyinin internet saytında xilasedicilərimizin fəaliyyətini əks etdirən fotolar yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə