Bu gün Bakı Metropoliteninin "Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasında baş vermiş dəhşətli qəzadan 16 il ötür.
1995-ci il oktyabrın 28-də "Ulduz" stansiyasından "Nəriman Nərimanov" stansiyasına gedən 21 nömrəli qatarın 4-cü vaqonundakı partlayış və yanğın 300 nəfərin həyatına son qoymuş, 400 nəfərin isə xəsarət alması ilə nəticələnmişdir. Bununla əlaqədar ölkədə 3 günlük matəm elan olunmuşdu. Həmin qəza tarixdə ən dəhşətli metro qəzası kimi Ginnesin rekordlar kitabına da düşmüşüb.
Bu cür halların aradan qaldırılması məqsədi ilə hazırda metronun bütün platforma və eskalatorlarının, eləcə də vestibüllərin görüntülərini dispetçer mərkəzinə və stansiya rəislərinin otaqlarına ötürən kameralar vasitəsilə telenəzarət həyata keçirilir.
Qeyd edək ki, Nazirlər Kabineti 2010-cu il oktyabrın 19-da Bakı Metropoliteninden istifadə qaydalarını təsdiqləyib, bundan sonra metro stansiyalarında təhlükəsizlik kameralarının sayı artırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB