Şərur rayonunda "Şərurun səsi" qəzetinin 80 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə qəzetin redaktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Elman Məmmədov açaraq bu mətbu orqanın yaranma tarixindən, rayonun ictimai-siyasi həyatındakı rolundan bəhs edib.
Sonra Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək qəzet əməkdaşlarını 80 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyət arzulayıb.
1979-1992-ci illərdə qəzetin redaktoru olmuş Mikayıl Əliyev, YAP Şərur rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, rayon təhsil şöbəsinin müdiri Yaqub Tağıyev və başqaları qəzetin əməkdaşlarına xoş arzularını ifadə ediblər.
Qəzetin əməkdaşlarına və veteranlarına hədiyyələr təqdim olunduqdan sonra rayon mədəniyyət evinin musiqi kollektivlərinin ifasında bir-birindən maraqlı musiqi nömrələri səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB