Mübariz Qurbanlı: “İranın bəzi dairələri Azərbaycanın müstəqil siyasət yürütməsini və sürətli inkişafını qəbul etmir”

Mübariz Qurbanlı: “İranın bəzi dairələri Azərbaycanın müstəqil siyasət yürütməsini və sürətli inkişafını qəbul etmir”
İranda bəzi dairələr Müstəqil Azərbaycan dövlətinin siyasətini gözdən salmağa yönəlik cəhdlər edirlər. Bunu SİA-ya açıqlamasında Millət vəkili Mübariz Qurbanlı bildirib: "İranla Azərbaycan bir-birinə bağlı və qonşu ölkələrdir. Lakin İranda bəzi dairələr zaman-zaman Azərbaycanın müstəqil siyasət yürütməsini və sürətli inkişafını qəbul etmir. Həmin dairələr İranın milli maraqlarına uyğun olmayan bəyanatları ilə İran-Azərbaycan münasibətlərinə zərər vurmaqla İranın özünün xarici siyasət xəttinə də xələl gətirəcək hərəkətlərə yol verirlər".

Millət vəkili bildirir ki, Azərbaycan-İran əlaqələrinə xələl gətirmək istəyən
dairələrə qarşı hər iki dövlət lazımi dərəcədə təpki göstərir və buna qarşı çıxır:
"İranda Azərbaycanın siyasəti ilə əlaqədar bəzi müxtəlif xarakterli aksiyaların keçirilməsi də İran-Azərbaycan dostluğuna ziyan vurmaq istəyən həmin dairələrin əməllərinin nəticəsidir. İran bugün bölgədə mühüm rol oynayan ölkələrdən biridir və bölgə siyasətində İranın tutduğu mövqe Azərbaycan tərəfindən başa düşüləndir.
Biz İranla münasibətləri qurarkən üçüncü ölkəyə baxaraq deyil əksinə bizim milli marağımıza söykənərək qururuq" – deyə Mübariz Qurbanlı sözlərinə əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə