Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun Qırğızıstandan olan iştirakçılar \"İki sahil\"in qonağı olublar
Bakıda Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda iştirak etmək üçün Azərbaycana gələn Qırğızıstan-Türkiyə Manas Universitetinin dosenti Moldoseit Mambetakunov, həmin universitetdə çalışan, tarix elmləri doktoru Yunus Emre Gürbüz və Qırğızıstanın \"Almaz FM\" radio kanalının direktoru Rustamjan Koşmuratov \"İki sahil\" qəzetinin qonağı oldular. Qəzetin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda medianın inkişafından, bu sahədə görülən işlərdən ətraflı söz açdı. Bildirdi ki, bu gün ölkədə mətbuat və söz azadlığı yüksək səviyyədə təmin olunub. \"İnsanlar sərbəst şəkildə öz fikirlərini ifadə edə bilirlər. Dövlət ölkədə mətbuatın inkişafı üçün lazımi diqqət və qayğı göstərir.
V.Rəhimzadə həmçinin türkdilli ölkələrin birliyindən də söz açdı və bu amilin vacibliyini vurğulayıb: "Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Sözsüz ki, bu türkdilli ölkələrin birliyi baxımından da olduqca əhəmiyyətli və uğurlu haldır. Qonaqlar da öz növbələrində Azərbaycanda səfərdə olmaqdan məmnunluqlarını ifadə etdilər. Onlar respublikada, xüsusilə də Bakıda böyük inkişafın, modernləşmənin şahidi olduqlarını vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB