Elçin Mirzəbəyli: “Məkan nə qədər geniş olarsa, informasiyanın yayılması üçün imkanlar genişlənir”

Elçin Mirzəbəyli: “Məkan nə qədər geniş olarsa, informasiyanın yayılması üçün imkanlar genişlənir”

"Paytaxtda keçirilən forum çərçivəsində müzakirə olunacaq məsələlər prinsip etibarilə türkdilli medianın inteqrasiyasına yardım göstərəcək. Bu da məkana daxil olan bütün ölkə və toplumlar üçün önəm daşıyır". Bunu SİA-ya açıqlamasında "Xalq cəbhəsi" qəzetinin baş redkatoru Elçin Mirzəbəyli deyib. O bildirib ki, informasiya üçün əsas olan faktorlardan biri də məkanın genişliyidr. Onun sözlərinə görə, məkan nə qədər geniş olarsa, informasiyanın yayılması üçün imkanlar da genişlənir: "Eyni zamanda, ayrı-ayrı ölkələrin bir-birinə dəstək verməsi üçün də yeni imkanlar açılır. Bu baxımdan da keçirilən tədbir çox mühümdür. Tədbirdə gedən proseslər də Azərbaycan özünün aparıcı rolunu qoruyub saxlayacaq".

E.Mirzəbəyli qeyd edib ki, bu istiqamətdə bir tərəfli də olsa müəyyən addımlar atılır: "Hesab edirəm ki, bunun üçün təkamül prosesinə keçmək lazımdır. 1-2 forumla bu qənaətə gəlmək mümkün deyil. Müəyyən zaman kəsiyində ayrı-ayrı türkdilli ölkələrin media qurumları təkcə mədəniyyətdən, dildən, eyni zamanda, ortaq maraqlardan doğan prinsiplər əsasında ortaq media formalaşdıra bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə