İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın 6-cı tematik seminarı Bakıda keçirilib

İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın 6-cı tematik seminarı Bakıda keçirilib

Avropa Şurasının (AŞ) və Avropa İttifaqının (Aİ) dəstəyi ilə İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın (APT) 6-cı tematik seminarı Bakı şəhərində keçirilib. SİA-nın xəbərinə görə, "Həssas qruplardan olan insanların azadlıqdan məhrumetmə yerlərində müdafiəsi" mövzusunda seminar iki gün davam edib.

Tədbirdə çıxış edən Elmira Süleymanova Ombudsmanın səlahiyyətlərinin hüquqi baxımdan tənzimləndiyini, ölkədə milli preventiv mexanizmin yaradıldığını vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Ombudsmanı AŞ İnsan Hüquqları və Hüquqi Məsələlər Baş direktorluğu və APT tərəfindən təşkil olunan Avropa MPM-lər Şəbəkəsinin üzvüdür və bir çox beynəlxalq tədbirlərdə iştirak edib. Eyni zamanda MPM qrupunun üzvü həmin şəbəkə üzrə əlaqələndirici şəxs qismində təyin olunub.

Beynəlxalq tədbirdə digər iştirakçılarla yanaşı, Azərbaycan Ombudsmanının MPM qrupunun rəhbəri Vüqar Məhərrəmov da çıxış edərək, bu sahədə görülmüş işlər barədə məlumat verib. Ölkədə azadlıqdan məhrum edilən və ya azadlığı başqa cür məhdudlaşdırılən şəxslərin saxlanıldığı müəssisələrə müntəzəm baxışlar keçirildiyi vurğulanıb. Bu sahədə müzakirələr davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə