Baş redaktor: “Forum türkdilli jurnalistlərin bir-biri ilə qarşılıqlı fikir mübadiləsi aparmasına böyük şərait yaradacaq”
\"Bu gün paytaxtda öz işinə başlayan Türkdilli Ölkələrin və Toplumların II Media Forumu jurnalistlərin gələcək əməkdaşlığı üçün çox dəyərlidir\". "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında bildirib ki, bu forumda türkdilli ölkələrin böyük əksəriyyətindən bir çox nümayəndələr iştirak edir. Onun sözlərinə görə, tədbir türkdilli jurnalistlərin bir-biri ilə qarşılıqlı fikir mübadiləsi aparmasına mühüm şərait yaradacaq.
"Bu cür forumların davamlı şəkildə həyata keçirilməsi əhəmiyyətlidir. Belə tədbirlər jurnalistlərin qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılması, jurnalistlərin ölkəmizlə da yaxından tanış olmasına şərait yaradır. Hesab edirəm ki, qarşıdakı forumlar da daha zəngin şəkildə öz işini uğurla davam etdirəcək", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB