Hikmət Babaoğlu: “Media faktoru başlıca silah olmaqla arzulanan türkdilli mühitin yaradılmasına gətirib çıxaracaq”

Hikmət Babaoğlu: “Media faktoru başlıca silah olmaqla arzulanan türkdilli mühitin yaradılmasına gətirib çıxaracaq”

"Türkdilli Medialarin II Forumu Azərbaycan Mətbuatı tarixində böyük bir hadisədir. II beynəlxalq tədbirə Azərbaycanın ev sahibliyi etməsi Azərbaycan mediası baxımından qürurverici, Azərbaycan dövlətinin medianın inkişafına göstərdiyi diqqət və qayğıdır". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. O bildirib ki, bu gün medianın üzərinə dünyada qloballaşan çox böyük vəzifələr düşür. Onun sözlərinə görə, uzun müddətdir ki, türkdilli ölkələrin başçıları türkdilli ölkələrin birliyinə nail olmaq siyasətini həyata keçirməyə çalışırlar. Siyasi sahədə parlamentlərarası münasibətlər və mədəniyyət sahəsində müəyyən qədər məsafənin qət edildiyini deyən baş redaktor vurğulayıb ki, mətbuat sahəsində bu müstəvi arzu edilən sahədə inkişaf etmirdi.

"Belə hesab edirəm ki, bugünki tədbir bu boşluğu aradan götürməklə türkdilli medianın inteqrasiyasına gətirib çıxaracaq. Bu da məhz dövlət və milli maraqlarımızı təmin etməyə əlavə platforma yaradacaq ki, indiki media və informasiya dövründə bu çox vacib bir məsələdir. Digər məsələ uzun illərdir ki, türkdilli ölkələrin və Azərbaycanın müxtəlif dairələrində ortaq dillərin yaradılması ilə bağlı müxtəlif problemlər müzakirə olunur. Amma istənilən nəticəni əldə edə bilməmişik. Mən belə hesab edirəm ki, burada da media faktoru başlıca silah olmaqla məhz arzulanan türkdilli mühitin yaradılmasına gətirib çıxaracaq. Çünki bu gün media bu məqsədi realizə edəcək real gücdür. Məhz bu baxımdan tədbirin böyük əhəmiyyəti olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə