Əcnəbilərin məcburi dövlət sosial sığorta ödəyəcəklər

Əcnəbilərin məcburi dövlət sosial sığorta ödəyəcəklər
Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16,7 faiz artıb. SİA-nın Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektoruna istinadən verdiyi məlumata görə, 2011-ci il oktyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 1 622 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Beləliklə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11 733 nəfərə yüksəlib.
Ümumilikdə 93 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında birinci yeri Türkiyə vətəndaşları (6783 nəfər), ikinci yeri Gürcüstan vətəndaşları (1452), üçüncü yeri isə Rusiya vətəndaşlarının (616) nəfər təşkil edir.
Sonrakı yerlərdə İran (396), Hindistan (275), Çin Xalq Respublikası (244), Britaniya və Şimali İrlandiya Krallığı (146), Özbəkistan (140), Bosniya və Hersoqovina (128), Böyük, Pakistan İslam Respublikası (102), Filippin (98), Almaniya (94), Ukrayna (92), Malayziya (80), Türkmənistan (81), Qazaxıstan (68), İtaliya (68), ABŞ (62) və s. ölkələr gəlir.
Qeyd edək ki, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə