Bu ilin sonunda jurnalistlər üçün fərdi müsabiqə təşkil olunacaq

Bu ilin sonunda jurnalistlər üçün fərdi müsabiqə təşkil olunacaq

"Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) bu ildən başlayaraq müxtəlif layihələr həyata keçirib. KİV-lərə Dövlət Konsepsiyasında nəzərdə tutulan istiqamətlər üzrə layihələr təşkil olunub. Hazırda bu istiqamətdə son layihələr həyata keçirilməkdədir". SİA-nın xəbərinə görə, bunu KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib. O bildirib ki, bu ilin sonunda jurnalistlər üçün fərdi müsabiqə təşkil olunacaq. Bundan başqa, dekabr ayında növbəti il üçün media üzrə qrant layihələrinin elanlarının veriləcəyini deyən V.Səfərli vurğulayıb ki, 2012-ci ilin yanvar ayından etibarən bu layihələr həyata keçiriləməyə başlayacaq. V. Səfərli deyib ki, KİV-lərin İnkişafı Dövltə Dəstəyi Konsepsiyasınımn 19 istiqaməti var və həmin layihələr istiqamət üzrə müəyyənləşəcək.

"Qrant layihələrin müəyyən şərtləri var və bu şərtləri həyata keçriən qəzetlər üçün qrant ayırırıq. Məbləği isə müşhahidə şurasında müzakirə edildikdən sonra elanda göstəriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə