Junalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi keçiriləcək
"Jurnalistlərin mənzil probleminin həlli ilə bağlı aparılan işlər tamamlanmaq üzrədir. Tikiləcək binanın smetası hazırlanıb və Fövqəladə Hallar Nazirliyinin ekspertizasına verilib". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. O bildiirb ki, artıq ekspertizanın rəyi də məlumdur və son tamamlama işləri gedir. Onun sözlərinə görə, yəqin ki, yaxın günlərdə binanın inşasına başlanacaq. Binanın təməlqoymasının gecikməsinə münaisbət bildirən V.Səfərli qeyd edib ki, əvvəlcədən mənzillərin və mərtəbələrin sayı ilə bağlı müəyyən edilən smetalar bir neçə dəfə dəyişdirilib: "Bu da vaxtın uzanmasına səbəb olub. Ancaq son tamamlama işləri artıq aparılıb, son smeta təsdiq olunub. Artıq sənədləşmə məsələləri həll olunub. Yaxın günlərdə binanın təməlqoyma mərasimi keçiriləcək və binanın inşası başlanacaq. Bina tikiləndən sonra onlar təmirli formada jurnalistlərə təqdim olunacaq. Ona görə də bina tikildikdən sonra meyarlar müəyyənləşəcək və jurnalistlər öz ərizələrini fonda təqidm edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB