Piratçılıqla mübarizə üçün xüsusi şöbə yaradılacaq

Piratçılıqla mübarizə üçün xüsusi şöbə yaradılacaq

Dünyada musiqi faylları üzrə piratçılıq 95 faiz təşkil edir. Avropada proqram təminatı üzrə piratçılıq isə 35 faizdir. Problem Azərbaycan üçün də aktualdır. SİA-nın məlumatına görə, piratçılıqla mübarizə məqsədi ilə Azərbaycanın Müəllif Hüquqları Agentliyinin bazasında internet-mühitdə müəllif hüquqlarının qorunması şöbəsi yaradılacaq. Şöbə kontentin monitorinqi, onun idarə edilməsi və lisenziyalaşdırılması ilə məşğul olacaq.


Qeyd edək ki, internet-mühitdə müəllif hüquqlarının qorunması layihəsinin Azərbaycanda yaradılması dünyanın bir çox ölkəsində dəstək qazanıb və digər ölkələr üçün nümunə seçilib.


Bütün xəbərlər Facebook səhifəmizdə