Əsgərimiz öldü

Azərbaycan Ordusunun əsgəri ölüb.SİA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində milli ordunun əsgəri, 19 yaşlı Taleh Teymur oğlu Hüseynbalazadə elektrik cərəyanı vurması nəticəsində ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev SİA-ya faktı təsdiqləyib. O bildirib ki, bu sadəcə bədbəxt hadisədir.

Bütün xəbərlər Facebook səhifəmizdə