Bakıda Türkdili Ölkələrin və Toplumların II Media Forumu başlayıb

Bakıda Türkdili Ölkələrin və Toplumların II Media Forumu başlayıb

SIA-nın məlumatına görə Bakıda Türkdili Ölkələrin və Toplumların II Media Forumunda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən, İraqdan, Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovadan, nümayəndələr qatılıb. Forumda Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun "Azərbaycanın dövlət siyasəti və media: türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər" mövzusunda çıxışı gözlənilir. Üç iclasdan ibarət olacaq toplantının ikinci hissəsi panel iclaslar şəklində təşkil olunacaq. Birinci iclasda iştirakçı ölkələrin və toplumların nümayəndələri təmsil etdikləri bölgələrdə fəaliyyət göstərən media qurumlarının vəziyyəti barədə məlumat verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə