Nazir: \"Gələn il Azərbaycanda əmək bazarının təhlili üçün sorğu keçiriləcək\"
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktor müavini Alena Nesporovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, nazir Fizuli Ələkbərov möhtərəm Prezident İlham Əliyevin ölkəyə mühüm tarixi uğurlar gətirən siyasətində işsizliyin aradan qaldırılmasının, yeni iş yerlərinin açılmasının, həmçinin layiqli əməyin təminatının prioritet təşkil etdiyini, son səkkiz ildə respublikada 950 min yeni iş yerinin yaradıldığını, işsizlik səviyyəsinin 5,5 faizə düşdüyünü, xüsusən gənclər arasında işsizliyin digər ölkələrlə müqayisədə aşağı olduğunu qonaqların diqqətinə çatdırıb.
Nazir Fizuli Ələkbərov bildirib ki, hazırda ölkədə layiqli əməyin təminatı sahəsində mühüm işlər görülür, bununla əlaqədar respublika səviyyəsində muxtəlif tədbirlər, dəyirmi masalar təşkil olunur, effektiv ish görülür və digər sahələrdə olduğu kimi, qeyd olunan sahədə də Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq daim genişlənir. Bunun daha bir bariz ifadəsi kimi Bakida "Layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin rolu: müasir yanaşmalar və prioritetlər" mövzusunda beynəlxalq konfrans keçirilir və həmin konfransın layiqli əməyin təminatı ilə bağlı dünya təcrübəsinin öyrənilməsində mühüm rol oynayır.
Beynəlxalq Əmək Təşkilatının Avropa Avropa və Mərkəzi Asiya uzrə regional ofisinin direktor müavini Alena Nesporova bildirib ki, BƏT bu ilin sonuna kimi Azərbaycana məşğulluq siyasəti üzrə təkliflər paketi təqdim olunacaq. Gələn il isə Azərbaycanda əmək bazarının təhlili üçün sorğu keçiriləcək. BƏT-in Məşğulluq xidmətləri , Bacarıqlar və işədüzəltmə imkanları departamentinin baş mütəxəssisi Donna Koeltz isə ölkəmizin layiqli əməyin təminatında qabaqcıl dünya təcrübəsindən istifadə edilməsi sahəsində görülən işlərin təqdirəlayiq olduğunu vurğulayıb və bu sahədə bütün lazımi köməklikləri göstərməyə hazır olduqlarını bildirib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB