Azərbaycan sərhədini qanunsuz keçən İran vətəndaşı saxlanılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, səhvən sərhədi qanunsuz olaraq keçən İran vətəndaşı olan mülki şəxs Dövlət Sərhəd Xidmətinin Füzuli rayonunda yerləşən sərhəd zastavasının xidməti ərazisində tutulub.
İranın Aslandüz rayonunun Hacılı kənd sakini 18 yaşlı Nedayi Fərhad Xanış oğlu dövlət sərhədini səhvən pozaraq Azərbaycan ərazisinə keçdiyini deyir. İran vətəndaşı saxlanarkən o, heç bir zorakılığa məruz qalmadığını və normal şəkildə qidalandığını deyib. Azərbaycan tərəfi sərhəd pozucusunu rəsmi qaydada İran tərəfə qaytarmağı nəzərdə tutub.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl sərhəd zastavasının Biləsuvar rayonu ərazisində yerləşən Azərbaycan dövlət sərhədini səhvən pozan İran İslam Respublikasının vətəndaşı bir nəfər qadın mülki şəxs saxlanaraq İran İslam respublikasının Aslandüz məntəqəsi üzrə sərhəd komisarlığına təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB