Gəncədə dönər satışına nəzarət gücləndirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təkcə bir gün ərzində aparılan yoxlamalar zamanı 20-dən artıq dönər satışı ilə məşğul olan obyektlər bağlanıb. Əsasən sanitar tələblərə cavab verməyən dönər satışı mərkəzləri və toyuq dönərinin satışını həyata keçirən obyektlərin fəaliyyətinə qadağa qoyulub.
Hazırda isə mütəxəssisləri başqa problem narahat etməyə başlayıb. Həkimlərin apardığı yoxlamalar göstərib ki, Gəncə şəhərində satılan dönərlərin əksəriyyəti sıxılmış qaz balonları vasitəsi ilə bişirilir. Bu da insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu istiqamətdə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin reydləri davam etdiriləcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB