USAID Azərbaycanda yeni səhiyyə layihəsinə dəstək verir

USAID Azərbaycanda yeni səhiyyə layihəsinə dəstək verir
Oktyabr 27-də Amerika Birləşmiş Ştatları və Azərbaycan hökumətləri Azərbaycan əhalisinə göstərilən səhiyyə xidmətlərini təkmilləşdirmək məqsədilə son altı ildə çox sıx işləyiblər. SİA-nın xəbərinə görə, bu əməkdaşlığın davamı olaraq, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) bu yaxında yeni iki illik Azərbaycanda Səhiyyə Sektorunun Gücləndirilməsi layihəsinə başlayıb.


Səhiyyə Sektorunun Gücləndirilməsi layihəsi səhiyyə sektorunda idarəçilik, resursların idarəolunması, xidmətlərin keyfiyyəti, habelə əhalinin maarifləndirilməsi məsələlərinə əsas diqqəti yetirməklə səhiyyə sistemini təkmilləşdirmək üçün texniki yardım göstərəcək. Layihə öz işini USAİD-in əvvəlki səhiyyə layihələrinin nailiyyətləri üzərində quracaq. Layihə səhiyyə işçilərinin prioritet seçilmiş xəstəlikləri aşkar etmək və müalicə etmək bacarıqlarını artırmaqda mühüm rol oynayacaq. Azərbaycanda Səhiyyə Sektorunun Gücləndirilməsi layihəsinin hədəfləri ana və uşaq sağlamlığı, neonatal qayğı, reproduktiv sağlamlıq/ailə planlaşdırılması, habelə vərəm xəstəliyi olacaqdır. O, həmçinin bu prioritet sahələri ilkin tibbi xidmətlər sisteminə inteqrasiya etməyə davam edəcək. "USAİD bu layihə çərçivəsində Azərbaycanda səhiyyə sektorunun gücləndirilməsi və səhiyyə xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsi sahəsində Azərbaycan hökumətilə davamlı əməkdaşlığa ümid edir." deyə USAİD-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin qeyd edib.


Səhiyyə Sektorunun Gücləndirilməsi layihəsini həyata keçirmək üçün USAİD səhiyyə, sosial və ətraf mühit siyasəti, habelə beynəlxalq inkişaf sahələrində tətqiqat və proqramların icrasında qlobal lider olan Abt Associates təşkilatını seçmişdir. Bundan öncə, Abt Associates USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi layihəsini həyata keçirib. Yeni layihənin icraçıları arasında Save the Children (Uşaqların Xilası) və yerli qeyri-hökumət təşkilatı olan Səhiyyənin İnkişafına Dəstək təşkilatı vardır. Layihənin icrasına 2011-ci ilin oktyabr ayında başlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня