Səbail rayonu ərazisində 9 ay ərzində görülən işlərin nəticəsi açıqlandı-YENİLƏNİB
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının 9 aylıq yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrə və Səbail rayonu üzrə 9 ayın yekunlarına həsr olunan Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın yığıncağı keçirilib. SİA-nın xəbərinə görə, iclasda Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov hesabat məruzə ilə çıxış edib. O bildirib ki, hesabat dövründə ölkədəki inkişaf Səbail rayonunda da öz əksini tapıb. Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində rayonda ev təsərrüfatında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin də işi nəzərə alınmaqla 15 milyard 809,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 % çox sənaye məhsulu istehsal edilib. Nəqliyyat sektorunda 464,8 milyon manatlıq və ya 36,4%-dən çox nəqliyyat xidmətləri, rabitə müəssisələri tərəfindən 578,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,4% çox rabitə xidmətləri göstərilib. Sənaye məhsulunun natura ifadəsində həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 % artıb. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 98,9 % olub.
2011-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri tərəfindən istehlakçılara 15 milyard 759,3 milyon manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 15 milyard 700,0 milyon manatlıq sənaye məhsulu göndərilib.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 626,5 milyon manat olub ki, bu da keçən illə müqayisədə 9,3% çoxdur. İlin əvvəlindən əhaliyə 394,9 milyon manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib ki, bu da 5,5% çoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 9,5%, pullu xidmətlərin həcmi isə 3.9% artıb.
2011-ci ilin yanvar-avqust aylarında sənaye müəssisələrində çalışan işçilərin siyahı tərkibində orta sayı 11816 nəfər olub, orta hesabla yanvar-avqust aylarında bir işçiyə düşən orta əmək haqqı 1852,9 manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 % çoxdur. 9 ay ərzində rayonda 1242 yeni daimi iş yeri açılıb. Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 464,8 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 36,4 % çox nəqliyyat xidmətləri göstərilmişdir. Nəqliyyat üzrə əldə olunan gəlirin 4,9 %-i quru yol nəqliyyatının, 18,5 % su nəqliyyatının, 65,2 %-i hava nəqliyyatının, 11,4 %-i köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrin payına düşür. yanvar-sentyabr aylarında rayonun rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 578,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,4 % çox rabitə xidmətləri göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 626,5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 9,3 % çoxdur. İlin əvvəlindən istehlak bazarında əhaliyə 394,9 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 % çoxdur. 2011-ci ilin yanvar-sentyabr aylarında pullu xidmətlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.9 % artaraq 193,4 milyon manat təşkil edib.Bu aylar ərzində sosial sfera üzrə fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin həcmi 81,5 milyon manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 % çox olub. Göstərilən xidmətlərin 18,2 milyon manatı və ya 22,3%-i təhsil obyektlərinin, 10,3 milyon manatı və ya 12.6%-i səhiyyə obyektlərinin, 53,0 milyon manatı və 65,1 %-i digər kommersiya fəaliyyətinin və digər sahələrin payına düşüb.
Tədbirin davamında çıxış edən qonaqlar 9 ayın yekunlarına əsasən öz fikirlərini bildirib və ətraflı müzakirələr aparılıb. Yığıncağın sonunda dövlət qulluqçulaırnın peşə bayramı ilə əlaqədar təltif olunan Səbail rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Fəridə Əliyevaya "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB