Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə dair iclas keçiriləcək

Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə dair iclas keçiriləcək

Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin Avropa İttifaqının (Aİ) direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Seminar Avropa İttifaqına üzv olan dövlətlərin təcrübələrindən istifadə edilməklə milli və regional siyasi çərçivələrdə Aİ-nin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin həyata keçirilməsinə addım-addım yanaşmaq məqsədi daşıyır.


Tədbirdə aidiyyəti dövlət qurumları ilə yanaşı bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı da nəzərdə tutulur.


Qeyd edək ki, seminar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Çexiyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə