Sosial Xidmətlər Akademiyası fəaliyyətə başlayır

Sosial Xidmətlər Akademiyası fəaliyyətə başlayır

Dünya Gənclər bankı şəbəkəsi nəzdində "Sosial Xidmətlər Akademiyası" fəaliyyətə başlayır. Bankın MDB, Türkiyə və İran üzrə regional ofisinin mətbuat katibi Anar Bürcəliyevin SİA-ya verdiyi məlumata görə, akademiyada tibb bacısı, uşaq dayəsi, xəstə baxıcıları, qadın bərbəri, xadimələr, otelçilik, ofisiantlar və modelyerlər ixtisası üzrə mütəxəssislər hazırlanacaq. Akademiyanın yaradılmasında əsas məqsəd işsizliyin aradan qaldırılmasına dəstək proqramına yardım etməkdir. Dərslər Beynəlxalq mütəxəssislər tərəfindən keçiriləcək. Təlim keçirilən şəxslərə isə 3 aydan sonra DGBŞ-si tərəfindən sertifikat verilməklə, işlə təmin olunacaqlar.


Bütün xəbərlər Facebook səhifəmizdə