MTRŞ bu həftə milli serialları çəkəcək televiziya kanalları ilə müqavilə imzalayacaq
"Bu həftə milli televiziya filmlərinin istehsalını həyata keçirəcək televiziya kanalları ilə müqavilələr imzalayacağıq. Müqavilədən sonra həmin televiziya kanallarının hesabına 300 min manat həcmində vəsait köçürüləcək. Bu birbaşa ayrılmış maliyyə vəsaitidir. Heç bir tender, kotirovka keçirilməyəcək". Bunu Milli Televiziya və Radio Şurasının(MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
N.Məhərrəmli deyib ki, MTRŞ artıq lazım olan bütün
hüquqi prosedurları həyata keçirib: "Biz artıq Müəllif Hüquqları Agentliyinə
müraciət etmişik. Onlardan müsbət cavab almışıq. Buna uyğun olaraq, kanallarla
birbaşa müqavilə bağlayacağıq".
Şura sədri ilkin mərhələdə televiziya kanallarının
konkret vəsaitlə işə başlayacaqlarını bildirib: "Sonra onların gördükləri
işləri bizim yaratdığımız yaradıcı qrup dəyərləndirəcək. Əvvəlcə serialların
ilk 3-4 seriyası çəkiləcək, biz onları dəyərləndirəcəyik və sonrakı
qiymətləndirmədə vəsaitin tam ödənilib-ödənilməməsi ilə bağlı qərar verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB