"Bakcell" balacalara sevinc bəxş edir

"Bakcell" balacalara sevinc bəxş edir

Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" şirkəti yalnız mobil telefon istifadəçilərini deyil, körpə balaları da daim sevindirir. Şirkətdən SİA-ya verilən məlumata görə, cəmiyyətin ən kövrək hissəsi olan uşaqların arzularının gerçəkləşməsinə dəstək olmaq üçün şirkət "Bakcell Stars" (Bakcell Ulduzları) adlanan Korporativ Sosial Məsuliyyət proqramını həyata keçirir. "Bakcell Stars" layihəsinin əsas məqsədi qayğıya ehtiyacı olan uşaqların istedadlarını üzə çıxarmaq, eyni zamanda onların cəmiyyətə sosial uyğunlaşmasını dəstəkləmək və inkişaf etdirməkdir.


Proqram çərçivəsində "Bakcell" "Save the Children" (Uşaqların Xilası) təşkilatı ilə birgə məktəblilərin uşaq teatrının yaradılması layihəsinə dəstək verir. SOS Uşaq Kəndlərində "Bakcell"in dəstəyilə yaradılan Uşaq Xoru vasitəsilə valideyn himayəsindən məhrum olan uşaqlar qarşılıqlı ünsiyyət, dostluq və əməkdaşlıq kimi mühüm sosial bacarıqlara yiyələnir.


"Bakcell" həmçinin Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının əlilliyi olan uşaqlar üçün incəsənət vasitəsilə ünsiyyət bacarıqlarının artırılması layihəsini dəstəkləyir. "Bakcell"in Sosial Xidmətlər Təşəbbüsü təşkilatı ilə əməkdaşlığı eşitmə qüsuru olan uşaqlar üçün idman və oyun tədbirlərinin təşkilini əhatə edir.


"Uşaqlar bu layihələr vasitəsilə cəmiyyətdə insanlarla birgə işləməyi, dostluq etməyi və digər vacib sosial bacarıqları öyrənirlər. Bu onların gələcəkdə bir vətəndaş kimi formalaşmaları üçün çox mühümdür. Məqsədimiz uşaqların hüquqlarını qorumaq, onlara cəmiyyətdə uğur qazanmağın yollarını göstərməkdir", -deyə "Bakcell" şirkətinin baş direktoru Riçard Şirer vurğulayıb.


"Bakcell" inanır ki, hər bir uşaq istedadlıdır və onların istedadının üzə çıxarılması və cəmiyyət üçün faydalı vətəndaş kimi yetişməsi üçün lazımi şərait yaradılmalıdır. Uşaqların gələcəyinə yatırılan sərmayənin nəticəsi sadədir: balacaların çöhrəsində xoşbəxt təbəssüm görmək.

Bütün xəbərlər Facebook səhifəmizdə