Millət vəkili: \"Azərbaycanda psixoloqlarla bağlı yeni ənənə inkişaf etməlidir\"
Azərbaycanda psixoloqlarla bağlı yeni ənənə inkişaf etməlidir. Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Osmanlı deyib. Bəzi sosial elmlərə kifayət qədər diqqətin ayrılmadığını deyən millət vəkili bildirib ki, onlardan biri də psixologiyadır. Onun sözlərinə görə, bu gün hər bir müəssisədə psixoloq olmaldır.
"Bundan əlavə, hər bir ailənin, fərdin psixoloqu olmalıdır. Bu baxımdan insanlara düzgün yol göstərən insanlar lazımdır. Amma təəssüflər olsun ki, bəzən həmin yol göstərən insan ailədə, qonşuda, ərafda olmur. İnsanları gündəlik işləri sıxılır, bunların üstünə ailə problemlərini gələndə, bu, böyük bir psixoloji problemlərə gətirib çıxarır. Bunun qarşısını almaq üçün psixoloqlara ehtiyac var. Eyni zamanda, bu istiqamətdə medianın rolu böyükdür", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB