İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsevi qəbul edib. SİA-nın xəbərinə görə, dövlət katibi Leonid Maltsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətlə Belarus Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubuna ürəkdən qoşulduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizin həyatında mühüm tarixi hadisə kimi qiymətləndirdi. Görüşdə Azərbaycan ilə Belarus arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə