Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. SİA-nın xəbərinə görə, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətlə Azərbaycan hökumətini, Azərbaycan xalqını və şəxsən Prezident İlham Əliyevi təbrik etdi. Qriqol Vaşadze ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirdi. Müstəqilliyimizin ildönümündə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin önəmini qeyd edən dövlətimizin başçısı bunu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun real göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi zaman verdiyi dəstəyə görə Gürcüstan hökumətinə minnətdarlığını bildirdi. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsində inkişafı məmnunluqla qeyd olundu, əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB