3 ailə evsiz qaldı

Bu gün saat 10:30 radələrində Şirvan şəhərində 3 ailənin yaşadığı ev yanaraq külə çevrilib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, Şirvan şəhəri 1 May küçəsi, ev 56-da elektirik cərəyanında yaranmış qısa qapanma nəticəsində yanğın baş verib.

Mənzil Vəliyev Vəlixan Abbas oğluna məxsusdur. Evdə Vəlixan Vəliyevin oğlanlarının ailəsi yaşayır. 3 ailənin heç birinin əşyalarını yanğın zamanı evdən çıxartmaq mümkün olmayıb. Xoşbəxtlikdən yanğın zaman mənzildə heç kim olmayıb. Ev sahibləri işığın sönüb yandıqdan sonra yanğının başladığını bildiriblər. Hadisə yerinə Şirvan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları texnika ilə cəlb olunublar. Şirvan şəhər icra hakimiyyətinində nümayəndələri əraziyə baxış keçirərək köməklik edəcəklərini bildiriblər.

İqbal Mikayılov.


Bütün xəbərlər Facebook səhifəmizdə