Bölgədən gələn xəbərlərə görə PKK teror təşkilatının bütün lojistik və sosial infrasturukturu məhv edilib. SİA-nın Habertürk portalına istinadən verdiyi xəbərə görə teror təşkilatı darmadağın edilib. Hal-hazırda əməliyyatlar davam etdirilir. Əməliyyatlar nəticəsində 270 teroristin məhv edildiyi gələn xəbərlər arasındadır. Eyni zamanda baş qərargah rəisi, ordu genralı Nejdət Özəl bildirib ki, terrorla mübarizədə profesional ordu mənsubları iştirak edir.Hazırada terrorla mübarizə bütün gücü ilə davam etdirilir.Ordu generalı Şimalı İraqda terroru bitirməkdə israrlı olduğunu vurğulayıb.. Bu istiqamətdə Prezident Abdulla Gülün də xüsusi tapşırığı var. Hökümət də bu istiqamətdə orduya lazım olan dəstəyi verir. Ən qısa zamanda terrorçuların məhvinə nail olunacaq. Bundan başqa baş qərargah rəisi qeyd edib ki, xarici mətbuatın dezinformasiya tipli məlumatlar yayması da başa düşüləndir. Ancaq yaxşı olar ki, türk mətbuatı rəsmi qurumların açıqlamalarına istinad etsin. Terror bitməyənə qədər mübarizə dayandırılmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB