Türkiyə səfiri Azərbaycanı təbrik edib

Türkiyə səfiri Azərbaycanı təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi ilə əlaqədar təbriklə çıxış edib.

Səfirlikdən SİA-ya verilən məlumata görə, təbrik mesajında deyilir: "Qardaş Azərbaycanın 24 oktyabr 2011-ci il tarixdə Nyu-Yorkda keçirilən seçkilərdə 155 ölkənin səsini toplayaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə seçilməsi ilə əlaqədar böyük məmnuniyyət hissi keçiririk. Azərbaycanın beynəlxalq ictimaiyyət arasında artan nüfuzunun bir isbatı olan bu seçim, eyni zamanda müstəqilliyinin 20-ci ildönümündə Azərbaycanın hər sahədə qət etdiyi məsafənin bir göstəricisidir. Qlobal təhlükəsizliklə bağlı ən önəmli məsələlər barədə qərarların qəbul edildiyi Təhlükəsizlik Şurasında yerini alan Azərbaycanı təbrik edir, bu mövqedə görəcəyi işlərində müvəffəqiyyətlər arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə