"Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnikişafına Dəstək Şəbəkəsi" ictimai birliyinini həyata keçirdiyi "Ümumi jurnalistika" kursları layihəsinin növbəti qonağı Azərbaycan Jurnalistlər Birliyinin sədri, \"Ayna\" - \"Zerkalo\" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü Elçin Şıxlı olub. Təşkilatın sədri Ramil Zeynallının SİA-ya verdiyi xəbərə görə, İnsan Hüquqlarının Tədrisi üzrə Resurs və Təlim Mərkəzində keçirilən dərsdə E.Şıxlı əsasən jurnalist olmaq arzusunda olan həvəskar gənclərdən ibarət auditoriyaya müasir qəzetçiliyin durumundan, qəzetlərin satış səviyyəsi və oxucularından danışıb. Bundna əlavə, qonaq mətbuatda reklamın yeri və çəkisindən, jurnalist etikası və peşəkarlığından, həmçinin digər problemlərdən söz açdı. Dərs boyunca qonaq auditoriyanın çoxsaylı suallarını cavablandırbı. Çox maraqlı keçən ustad dərsindən hər iki tərəf razı qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB