Gənclər Türkiyə səfirliyinə başsağlığı verdilər

Gənclər Türkiyə səfirliyinə başsağlığı verdilər

Gənclər üçün Təhsil Mərkəzi Türkiyə Cümhuriyyətində baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla əlaqədar olaraq rəsmi məktub ünvanlayıb. SİA-nın xəbərinə görə, mərkəz kollektivi adından ünvanlanan məktubda faciə ilə əlaqədar Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirinə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına dərin hüznlə başsağlığı verilib. Eyni zamanda, zəlzələ nəticəsində yaralananların və xəsarət alanların tezliklə sağalması arzu edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə