Böyük Britaniya və Danimarkada Azərbaycan diasporunun silsilə tədbirləri davam edir
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı Böyük Britaniya və Səfirliyin akkreditə olduğu Danimarkada silsilə tədbirlər keçirilib.Səfirlikdən SİA-ya verilən xəbərə görə, Kopenhagendə Danimarka-Azərbaycan "Vətən" Cəmiyyəti və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və Səfirliyin dəstəyi ilə bayram tədbiri keçirilib. Tədbirdə Danimarka parlamentinin üzvləri, bu ölkədə yaşayan Azərbaycan və türk icmasının nümayəndələri iştirak ediblər. Çıxışlarda son 20 ildə ölkəmizin keçdiyi siyasi-iqtisadi inkişaf yoluna nəzər salınıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda bəhs olunub.Səfir Fəxrəddin Qurbanov Britaniyanın nüfuzlu "Monocle" jurnalının eyniadlı radiosuna müsahibə verib və müsahibə həmin gün yayımlanıb. Rəsmi qəbulun ardınca səfir Fəxrəddin Qurbanov, Britaniya Xarici işlər nazirliyinin idarə rəisi, əvvəllər Britaniyanın Bakıda səfiri olmuş Lori Bristou, Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxış edərək, əlamətdar gün münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB