Bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakı-Kiyev təyyarə reysinin sərnişini Bəxtiyar Qaraşov adlı şəxs saxlanılıb. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərlinin SİA-ya veridyi xəbərə görə, Aviasiya Təhlükəsizlik əməkdaşlarının keçirdikləri baxış zamanı Qaraşovun əl çantasından avtomat-pistolet silahı aşkarlanaraq götürülüb. Hazırda saxlanılan şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı nazirlik tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB