Yevlax baytarları rayon ərazisində peyvəndləmə işləri aparır. Bu barədə məlumatı SİA-nın Qarabağ bölgə müxbirinə rayon baytarlıq idarəsindən verilib. Baytarlıq idarəsindən verilən məlumata görə, illik plana əsasən rayon üzrə 73 min baş iri buynuzlu, 193 minə yaxın xırda buynuzlu, 400 min ev quşu, 6 mindən artıq ev iti və mindən çox təkdırnaqlı heyvanın müxtəlif təhlükəli xəstəliklərə qarşı peyvənd olunması nəzərdə tutulub. İri buynuzlu heyvanlarda davaq əleyhinə peyvənd işləri tamamlanmaq üzrədir. Xırdabuynuzlu heyvanlarda qara yara, çiçək, sarılıq, dabaq, ev quşları arasında isə nyukasl peyvəndləri aparılıb. Xırda buynuzlu heyvanlarda brüsilyoz xəstəliyinin vaksinləri bu ildən dəyişik formada tətbiq olunub.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB