“Azerfon” şirkəti növbəti beynəlxalq sərgidə iştirak edib

“Azerfon” şirkəti növbəti beynəlxalq sərgidə iştirak edib

24-27 oktyabr 2011, Cenevrə: Azərbaycanın ilk 3G operatoru olan "Azerfon" şirkəti, Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyətində İsveçrənin Cenevrə şəhərində İTU Telecom 2011 – qlobal telekommunikasiya və İT texnologiyalarına həsr olunmuş beynəlxalq sərgidə təmsil olunub. Dünya üzrə ən iri İKT sərgilərindən biri olan "İTU World Telecom 2011"-də "Azerfon" şirkəti bazarda təqdim etdiyi son məhsul və xidmətləri, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrini nümayiş etdirmişdi. Sərgidə Azerfonun Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları altında bazara təqdim edilən bir sıra 3G texnologiyasına əsaslanan məhsulları - məsafədən müşahidə imkanı verən 3G kameraları, sürətli 3G mobil internet modemləri - xüsusi marağa səbəb olub.

"Azerfon"-u sərgidə təmsil edən şirkətin Korporativ Əlaqələr üzrə Şöbə müdiri Elşad Fərzəliyev sərgi iştirakçılarını "Azerfon"-un əldə etdiyi ən son nailiyyətləri haqqında məlumatlandırıb.

Qeyd edək ki, "İTU World Telecom 2011" dünyada ən iri İKT sərgilərindən biridir. Sərgidə dünyanın 40 ölkəsindən 700 yaxın şirkət təmsil olunur və internet, telekommunikasiya, İT texnologiyası, investisiya paketləri, mobil texnologiyalar və digər bu səpkili məhsullar nümayiş olunub. Sərgini dünyanın hər yerindən minə yaxın jurnalist və KİV nümayəndələri işıqlandırıb.

Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.


Bütün xəbərlər Facebook səhifəmizdə