\"British Airways\" şirkətinə məxsus Bakı-London marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib. Hava Nəqliyyatında Polis İdarəsinməlumata görə, proses normal başa çatıb və təyyarə hava limanına enərkən heç bir problem yaşanmayıb. Xəsarət alan yoxdur. Qeyd edək ki, "British Airways" şirkətinə məxsus Bakı-London marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları hazırlıq vəziyyətinə gətirilib. Qeyd edək ki, Bakı-London marşrutu üzrə aviareys "Airbus-321" tipli təyyarə ilə yerinə yetirilirdi. Təyyarədə 47 sərnişin, 7 ekipaj üzvü olub. Hazırda hava limanında texniki işçilər təyyarədəki problemi aradan qaldırmağa çalışırlar. Təyyarənin sabah günorta saatlarınadək gözləyəcəyi bildirlir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB