Tərtər rayonunda yeni park inşa olunur

Tərtər rayonunda yeni park inşa olunur

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda abadlıq-quruculuq işləri sürətləndirilib. SİA-nın Qarabağ börosunun verdiyi xəbərə görə, Tərtər çayının sol sahilində yerləşən və ümumi sahəsi 4 hektardan çox olan \"Qəhrəmanlar\" parkında ana heykəli ucaldılıb. İstirahət mərkəzinin inşasına 200 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Park istifadəyə verildikdən sonra, sakinlər burada asudə vaxtını səmərəli keçirə biləcəklər. Bunun üçün əhalinin bütün təbəqələri nəzərə alınmaqla parkda hər cür şərait yaradılıb. Parkda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılacaq.

Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə