“Tur Heyerdal və Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirildi

“Tur Heyerdal və Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirildi

Azərbaycan Dillər Universiteti (ADU) və Oslo universitetinin təşkilatçılığı ilə Azərbaycan Respublikası dövlət müstəqilliyinin 20 illiyi, Norveçin Oslo Universitetinin 200 iliyinə və eyni zamanda məhşur Norveç səyyahı, yazıçısı, alim Tur Heyerdalın Azərbaycana ilk səfərinin 30 illiyi münasibəti ilə "Tur Heyerdal və Azərbaycan" mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov və Oslo universitetinin kafedra müdiri Bente Kristensen Tur Heyerdalın Azərbaycan və region haqqındakı nəzəriyyələri və bunların tarixi və nəzəri cəhətdən dəyərinin müzakirəsi, onun Azərbaycan səfərləri və alimin iki ölkə arasındakı münasibətlərin qurulumasındakı vacib rolundan və əhəmiyyətindən söhbət açıblar. Tədbirdə çıxış edən Norveçin Azərbaycandakı səfiri Erlinq Skjonsberqin bildirib ki,Tur Heyerdal Azərbaycanı çox sevirdi: "Məhz Heyerdalın nəzəriyyələri bizə imkan verir ki, Azərbaycan-Norveç əlaqələrinin tarixi, nəzəri, elmi tərəflərini öyrənək və bu iki xalqın ortaq mədəniyyətə əslində nə qədər yaxın olduğunu bildirək".

Tədbirdə həmçinin ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, mədəniyyət və turzim nazirinin müavini Vaqif Əliyev, Norveçin Azərbaycandakı səfiri Erlinq Şönsberq və ABŞ-dan, B. Britaniyadan, Norveçdən qonaqlar da iştirak edib.

Qeyd edək ki, konfrans iki dildə Azərbaycan və ingilis dilində keçirilib.



Zamin Axundov

Bütün xəbərlər Facebook səhifəmizdə