Qızların nikah yaşı 18 oldu

Azərbaycanda qızların nikah yaşı həddi bir il artırılaraq 18 olub. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Sosial siyasət komitələrinin birgə iclasında bildirilib. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, indiyədək qızların nikah yaşı 17 olub, Ailə Məcəlləsinə müvafiq dəyişiklikdən sonra isə bu hədd 18 olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə