Soyuqlar davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin buludlu olacağı, yağış yağacağı, gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında isə bu gün arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 11-16 dərəcə, dağlarda gecə 1-4 dərəcə, gündüz 5-8 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 6-11 dərəcə şaxta təşkil edəcək.


Hava şəraitinin qısa icmalına gəlincə yaxın günlərdə Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, güclü külək əsəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə