Sərhədçi generalı Mustafa Nəsirovun 90 illiyi qeyd olundu

Sərhədçi generalı Mustafa Nəsirovun 90 illiyi qeyd olundu
Bu gün Dövlət Sərhəd Xidmətinin Akademiyasında Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Akademiyanın zabit və müdavimləri iştirakı ilə kecirilən tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev iştirak edib. Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev veteran sərhədçini təbrik edib və onun keçdiyi çətin və şərfli yoldan danışıb.
M. Nəsirovun Azərbaycanın bugünkü sərhədçilərinə və akademiyanın müdavimlərinə canlı örnək olduğunu vurğulayan E. Quliyev onun həyat yolundan hər kəsin bəhrələnməli olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Mustafa Nəsirov "Şöhrət" ordeni ilə təltif edilib. Tədbirdə Elçin Quliyev Mustafa Nəsirova "Şöhrət" ordeni təqdim edib.
Qeneral-mayor M. Nəsirov ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra Akademiyanın zabit və müdavimlərinə sərhədçilərin şərəfli və çətin peşəsindən bəhs edən "Doğma sahillərdə" filmi nümayiş olunub.

Mirvari Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə