"Hazırda ölkədə gənclərin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramı icra olunaarq həyata keçirilir. Bunun ən böyük göstəricisi də odur ki, həmin proqramın qəbul edilməsində regiondakı gənclərin, ictimai-siyasi proseslərdə aktiv iştirak edən gənclər təşkilatlarının da təklif və rəyləri nəzərə alınıb". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib. O bildirib ki, bu da ən mühüm göstəricilərdən biridir. Onun sözlərinə görə, bu proqramda sahibkar, elmi potensialı olan gənclərin aşkara çıxarılması, bir çox tədbirlərin həyata keçirilməsi üçün gənclərə maliyyə mənbələri ayrılıb.
"Bunların hamısının nəticəsi uğurlu olacaq. İnanıram ki, bu dövlət proqramı uğurla həyata keçiriləcək və sonda yenə də qazanan gənclər olacaq. Azərbaycan gənclərinin VI forumunun keçirilməsi və ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin əsas məqsədi o olub ki, ictimai-siyasi proseslərdə aktiv iştirak edən gənclərin öz təkliflərini, idarəçiliklə bağlı müəyyən tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflərini həyata keçirmək üçün forum bir zəmindir. Bunun üçün də illər keçdikcə forumların təşkilatı, gedişatı, çərçivəsi daha da böyüyür, genişlənir və mühüm nəticələr əldə edilir", - deyə o əalvə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB