Raqif Abbasov: “Azərbaycan gəncliyi təşkilatlanıb və beynəlxalq strukturlara inteqrasiyada maraqlıdır”-MÜSAHİBƏ

Raqif Abbasov: “Azərbaycan gəncliyi təşkilatlanıb və beynəlxalq strukturlara inteqrasiyada maraqlıdır”-MÜSAHİBƏ

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun SİA-ya müsahibəsi:

- Bu gün paytaxtda Azərbaycan gənclərinin VI forumunun keçirilməsini necə qiymətləndirirsiniz və bu tədbir sonrakı inkişafa nə kimi, hansı töhfələr verə bilər?

- Azərbaycan gənclərinin VI forumu gənclərin keçən forumundan görülmüş işlərinin bir hesabatı kimi dəyərləndirilir. Ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı ildə qoyulmuş bu təməl bu il də davam edir. Hər bir forum digərindən həm hesabatına, həm də məzmun və məqsədinə görə fərqlənir. Birmənalı olaraq qeyd edə bilərik ki, Azərbaycan gəncliyi təşkilatlanıb. Bugünki forumda bir neçə əsas istiqamət müzakirəsi olunub. Bunlar ailə institutunun möhkəmlənməsi, beynəlxalq təşkilatlara Azərbaycan gəncliyinin inteqrasiyası məsələsidir. Bugün Azərbaycan gəncliyi yeni qəbul olunmuş dövlət proqramından irəli gələn məsələlərdə daha aktiv iştirak edir. Bundan əlavə, həm təhsildə aktiv olan, həm təhsildən kənarda qalan gənclik, əqli və fiziki qüsurlu, obyektiv və subyektiv səbəblərə görə bugün ölkə hüdudlarından kənarda yaşayan, islah əmək müəsissələrində olan, ümumiyyətlə bütün təbəqələrin məsələləri, onların təkliflərinin müzakirəsi kimi məsələlər müzakirə edilib. Bir mənalı olaraq Azərbaycan gəncliyi təşkilatlanıb, Azərbaycan gəncliyi beynəlxalq strukturlara inteqrasiyada maraqlıdır.

- Azərbaycan gəncləri ümumilikdə hansı uğurlara imza atıb?

- Bugünki Azərbaycanın diplomatik uğurları, Azərbaycanını iqtisadi inkişafı və digər göstəricilərində gənclərin payını görürük. Əhalinin 60%-i 35 yaşa qədər olan, 30%-dən çoxu isə yaşı 29 qədər olan gənclərdir. Onların hər biri də çalışır ki, cəmiyyətdə özünü təsdiq etsin, özünü göstərə bilsin və bu kimi vasitələrlə gələcəkdə Azərbaycanı daha layiqli təmsil etsin. Bundan əlavə, bizdən sonra gələn nəsillərə maraqlı və güclü dövlətin qoyulmasında iştrak etsin.

- Azərbaycan gəcnliyi ilə bağlı hansı problemlər bu gün də hələki öz həllini gözləyir?

- İstənilən halda hər bir gənc Azərbaycan, dünya gənci olaraq axtarışda olmalıdır. Bir gənc olaraq Azərbaycanın torpaqlarının işğaldan azad olunması, bütövlüyünün bərpası kimi məsələlər, sosial məsələlərin həlli, iş yerləri ilə təminat, yaxşı təhsil alınması və s kimi məsələlər var. Təbii ki, bunun da üzərində daim işləyən, mükəmməl biliklərə sahib olan insan gec-tez istədiyinə nail olur.

Bütün xəbərlər Facebook səhifəmizdə