Seçkilərdə iştirak etmək üçün 81 seçki dairəsi və 3000 bələdiyyə üzrə 1251 nəfərin namizədliyi qeydə alınıb

Seçkilərdə iştirak etmək üçün 81 seçki dairəsi və 3000 bələdiyyə üzrə 1251 nəfərin namizədliyi qeydə alınıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda əvvəlcə MSK-nın 14 oktyabr 2011-ci il tarixli iclas protokolu təsdiqlənib. Daha sonra seçki bülletenlərinin Azərbaycan Respublikasında bələdiyyələrə əlavə və yeni seçkilərdə tətbiqinə və 2011-ci il noyabrın 30-da keçiriləcək seçkilərdə seçki bülletenlərinin mətninin, formasının və sayının hazırlanmasına dair tələblər təsdiqlənib. Sonda bəzi seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildiirb ki, bələdiyyələrə noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 81 seçki dairəsi və 3000 bələdiyyə üzrə 1251 nəfərin namizədliyi qeydə alınıb. Onun sözlərinə görə, ümumilikdə 1566 nəfər imza vərəqi götürüb: "Onlardan 1299 nəfəri imza vərəqələrini qaytarıb. Ümumi müraciət edənlərin sayı isə 1604 nəfərdir".

İLAHƏ VƏLİYEVA

Bütün xəbərlər Facebook səhifəmizdə