Elnur Aslanov:\" Yeni dövlət proqramı Azərbaycan gənclərinin inkişafı üçün yeni məkan və baza yaradıb\"
Bu il imzalanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"Dövlət Proqramı Azərbaycan gənclərinin inkişafı üçün yeni məkan və baza yaradıb. Bu barədə SİA-ya açıqlamasında Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O bildirib ki, bu baxımdan cari il gənclər üçün çox önəmli və məsuliyyətli bir ildir. Onun sözlərinə görə, bu gün Azərbaycan gənclərinin VI forumunun keçirilməsi ilə Azərbaycan gənclərinin keçdiyi və ya keçəcəyi yola nəzər salınır.
"Gənclərin dövlət məmurları qarşısında gənclərin hesabat verməsi çox gözəl ənənədir. İlk forum 1996-cı ildə keçirilib və ilk tədbirin banisi və təşəbbüskarı ümummilli lider Heydər Əliyev olub. O zamanda belə tədbirin keçirilməsi tarixi bir hadisə idi. O zamanda Azərbaycan gəncliyi qarşısında duran problemlər haqqında açıq danışıb və zamanla bunlar həll olunub. Azərbaycan gənci öz inkişafında yeni bir mərhələyə qədəm qoyub. Ondan sonra keçirilən hər bir forum Azərbaycan gəncliyi, dövlət gənclər siyasəti üçün gəncləri irəli aparan addımdır. Bu il də gənclər üçün çox önəmli və məsuliyyətli bir ildir. Bu həm keçmiş yola nəzər, eyni zamanda, gələcək illər üçün yeni perspektivlərin müəyyənləşdirilməsidir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB