Türkiyə mətbuatı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi xəbərindən yazır
Türkiyənin kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xəbərləri geniş yer alıb.
Türkiyənin rəsmi Anadolu agentliyi və TRT kanalı Azərbaycanın dövlət bayrağı fonunda ölkəmizin bu mötəbər təşkilata üzv seçilməsi xəbərlərini yayıblar. Xəbərlərdə qeyd olunur ki, Şərqi Avropa qrupu üzrə səsvermədə Azərbaycanın açıq-aşkar favorit olduğunu görən Sloveniya on yeddinci tur ərəfəsində namizədliyini geri götürüb. Beləliklə, təşkilatın 193 üzvündən 155-nin səsini toplayan Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib.
"İhlas" xəbər agentliyi, "NTV" televiziyası, "Akşam", "Samanyolu Haber", "Turkish Journal News" və digər nüfuzlu mətbuat orqanları Azərbaycanın diplomatik qələbəsinə öz səhifələri və internet saytlarında geniş yer ayırıblar. Xəbərlərdə qeyd olunur ki, bölgədə və dünyada nüfuzlu ölkəyə çevrilmiş Azərbaycanın dünyanın taleyüklü məsələləri üzrə qərarlar verən BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Türkiyə üçün də əlamətdar hadisədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB